“Əllərin sehri”
– yaradıcılıq müsabiqəsinin yekun sərgisi
Xətai Sənət Mərkəzində “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində
elan olunmuş “Əllərin sehri” adlı
yaradıcılıq müsabiqəsi başa çatıb.
Noyabrın 28-də müsabiqənin yekun sərgisi
açılıb.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil
Nazirliyi, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq
Akademiyasının dəstəyi, Rəssamlar İttifaqı,
Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti
Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı
ilə keçirilib. Müsabiqənin məqsədi heykəltaraşlıq
sahəsində fəaliyyəti olan gənclərin
yaradıcılıq ruhunun yüksəldilməsi və asudə
vaxtlarının səmərəli təşkilidir.
Tədbirdə Azərbaycan Dövlət Rəsm
Qalereyasının direktor müavini Gülşən Qədirli,
Azərbaycan Rəssamlar İttifaqının sədr
müavini Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı,
heykəltaraş Xanlar Əhmədov, xalçaçı rəssam
Tahir Məcid, Xətai Sənət Mərkəzinin direktoru
Zahid Əvəzov çıxış edərək layihənin
əhəmiyyətini vurğulayıb, müsabiqə
haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, müsabiqəyə ölkəmizin
müxtəlif bölgələrindən 300-ə qədər
uşaq, yeniyetmə və gənc, həmçinin bir
neçə yuxarı yaş qrupunun nümayəndəsi fərqli
materiallardan hazırlanmış heykəltaraşlıq
nümunəsi təqdim edib. Bu əl işləri
sırasından 140 müəllifin 160-a yaxın əsəri sərgi
üçün seçilib.
Sonra sərgi ilə tanışlıq olub.
Sərgidə fəal iştirak edən tədris mərkəzlərinə
təşəkkürnamə, əsəri sərgilənən
iştirakçılara isə sertifikatlar təqdim olunub.
Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.1.