“Göygöl” ansamblının 55 illiyi qeyd olunacaq

 

Dekabrın 25-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının 55 illik yubileyinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Yubiley axşamında “Göygöl” ansamblının və solistlərin ifasında mahnılar və rəqslərdən ibarət musiqi çələngi təqdim olunacaq.

Qeyd edək ki, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı 1969-cu ildə mərhum Xalq artisti, tarzən Fikrət Verdiyev (1947–2022) tərəfindən ictimai əsaslarla yaradılıb. Səkkiz il sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə ansambla “dövlət” statusu verilib. Ansambl bu günədək bir çox yerli və beynəlxalq tədbirlərdə, müxtəlif festivallarda iştirak edib.

 

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.4.