Yerlərdən müxtəlif səpkili
xəbərlər
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon Mərkəzi Kitabxanasının Uşaq
şöbəsi tərəfindən Vətən müharibəsi
şəhidi baş çavuşu Surxay Mehdiyevin doğum
günü ilə əlaqədar “Şəhidlər bizim
qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.
Surxay Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam
rayonunun Xıdırlı kəndində anadan olub. 2020-ci ildə
44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın
və Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə iştirak edib. Oktyabrın 19-da
Füzuli döyüşləri zamanı şəhid olub.
Ölkə başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda” və
“Cəbrayılın azad olunmasına görə” medalları
ilə təltif edilib.
***
Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı
və Şəki-Zaqatala RGİİ-nin dəstəyi ilə
regional idarənin tabeliyindəki mədəniyyət müəssisələrinin
işçiləri arasında intellektual oyun keçirilib.
Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və
Oğuz rayonları üzrə 6 komanda biliyini nümayiş
etdirib.
Final mərhələsinin 10-15 dekabr tarixlərində
keçirilməsi nəzərdə tutulur. Yekunda ilk
üç yeri tutan komanda Şəki-Zaqatala RMİ-nin fəxri
fərmanı ilə təltif olunacaq. Digər
iştirakçılara sertifikatlar təqdim ediləcək.
***
Masallı rayon Heydər Əliyev Mərkəzində
Masallı rayon Nəriman Nərimanov adına şəhər
2 saylı tam orta məktəbin şagirdlərinin
iştirakı ilə “Ulu öndərin ömür yolu vətənə
və xalqa xidmət nümunəsidir” mövzusunda tarix dərsi
keçirilib. Heydər Əliyevin ömür yolu və
dövlətçilik fəaliyyəti ilə yanaşı,
müxtəlif tarixi dövrlərdə Azərbaycanın
ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat,
idman sahələrində baş verən önəmli hadisələr
barədə məlumatlar diqqətə
çatdırılıb.
***
Lerik rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara
RGİİ-nin təşkilatçılığı ilə
5 dekabr – Beynəlxalq Könüllülər Günü
münasibətilə “Könüllülük – gənclərin
yeni inkişaf modeli” adlı dəyirmi masa keçirilib.
Gənclər əvvəlcə Heydər Əliyev Mərkəzinin
ekspozisiyası ilə tanış olublar. Sonra Azərbaycanda
könüllülük hərəkatının tarixi
haqqında gənclərə ətraflı məlumat verilib.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.4.