Memarlıq
keramikasının bərpası: texnologiyalar, nümunələr
“De Bur sarayının kaminləri” elmi-tədqiqat layihəsi
üzrə mühazirə
Azərbaycan Milli İncəsənət Muzeyi Mədəniyyət
Nazirliyi ilə birgə və Bakıdakı Rus Evinin “Humanitar
Missiya Proqramı”nın dəstəyi ilə “De Bur
sarayının kaminləri” adlı elmi-tədqiqat layihəsinə
başlayıb.
Birgə elmi-tədqiqat işinin aparılması
üçün Rusiyadan “Keramarx” Memarlıq Bədii Keramika
Muzeyinin direktoru Konstantin Lixolat, Rusiyanın Əməkdar mədəniyyət
işçisi, muzeyin kuratoru Mariya Makoqonova və elmi
müşaviri, iqtisad elmləri namizədi Andrey Rodenkov Azərbaycana
dəvət olunublar.
Mütəxəssislər bir sıra görüşlər
keçirməyi, De Bur sarayının (Azərbaycan Milli
İncəsənət Muzeyinin binası) interyerinə
baxmağı, muzeyin fondlarını öyrənməyi,
kaminlərin (divar sobalarının) fotoşəkillərini
çəkməyi, kamin elementlərini ölçməyi
planlaşdırırlar. Həmçinin Bakı şəhərinin
bəzi tarixi binalarında memarlıq keramikası mövzusunda
fondların və sərgilərin öyrənilməsi nəzərdə
tutulur.
Layihə çərçivəsində memarlıqda
bədii keramika, onun öyrənilməsi, bərpası və
sərgilənməsi ilə bağlı mühazirələr
də nəzərdə tutulub.
Dekabrın 4-də Milli İncəsənət Muzeyində
“Memarlıq keramikasının bərpası. Texnologiyalar.
Nümunələr” mövzusunda mühazirə dinlənilib.
“Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin və
“Pallada” bərpa-istehsalat şirkətinin direktoru Konstantin
Lixolat mühazirəsində bərpa prosesinin çətinlikləri
və incə məqamlarından danışıb, mədəni
irsin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
O, çıxışında müəyyən tarixi
dövrlərdə istifadə olunan ənənəvi
texnologiyalar və materiallara xüsusi diqqət yetirib. Bundan əlavə,
dinləyicilər keramika bəzəklərinin simvolikası
haqqında maraqlı faktlar öyrəniblər. Mühazirədə
tarixi obyektlərin mədəni dəyərinə xələl
gətirmədən necə qorunub saxlanılmasından da bəhs
edilib.
Sonda K.Lixolat auditoriyanın suallarını
cavablandırıb.
Dekabrın 5-də layihə üzrə daha bir
mühazirə “Sərgi və kolleksiya fəaliyyətlərinə
əsas yanaşmalar” (mühazirəçi: M.L.Makoqonova) mövzusuna
həsr olunub
Dekabrın 7-də isə “Keramarx” Muzeyinin nəşr
layihələrinin icmalı” (mühazirəçi: A.İ.
Rodenkov) mövzusunda mühazirə olacaq.
***
De Bur sarayı XIX əsrin sonlarında Bakının
neft milyonçularından olan Lev de Burun adı ilə
bağlıdır. Memar Nikolay fon der Nonnenin layihəsi üzrə
binanın təməli 1889-cu ildə qoyulub, lakin həmin il De
Bur vəfat edib. Bundan sonra bina milyonçunun təsisçilərindən
olduğu “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyəti
tərəfindən 1891–1893-ci illərdə inşa edilib.
Saray sovet dövründə dövlət əhəmiyyətli
bina olub. 1951-ci ildən burada Milli İncəsənət Muzeyi
yerləşib.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.3.