Türk Mədəniyyəti
və İrsi Fondunun yeni nəşrlərinin təqdimatı
21-ci Ankara Kitab Sərgisi (29 noyabr – 8 dekabr) çərçivəsində
Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) nəşr
etdirdiyi kitabların təqdimatı olub.
Fondun nümayəndələri bildiriblər ki, təqdim
edilən nəşrlərdən biri türk xalq musiqisinin və
aşıq ənənəsinin parlaq nümayəndəsi
Aşıq Veysəlin yaradıcılığı barədə
məqalələr toplusu, digəri görkəmli
yazıçı Ömər Seyfəddinin “Hekayələr”
kitabıdır.
Təqdimatda TMİF-in aparat rəhbəri Fəxri
Hacıyev, Türk Dil Qurumunun başqanı professor Osman Mert,
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov,
Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov iştirak ediblər.
Çıxış edənlər türk
xalqlarının ədəbi-mədəni irsinin təbliğinin
vacibliyini qeyd ediblər.
F.Hacıyev qeyd edib ki, TMİF bu istiqamətdə fəaliyyətini
davam etdirir və 2025-ci ildə Aşıq Ələsgər
irsinə həsr olunmuş beynəlxalq simpozium təşkil
etmək niyyətindədir.
Mədəniyyət .- 2024.- 6 dekabr(№91).- S.8.