Şəkidə tar və kamança ixtisasları üzrə ustad dərsləri

 

Layihə Xalq artisti Şəfiqə Axundovanın 100 illiyinə həsr olunub

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri keçirilir.

Şərqdə ilk opera yazan xanım bəstəkar kimi tanınan Xalq artisti Şəfiqə Axundovanın (1924-2013) anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən ustad dərsləri 10-14 dekabr tarixlərini əhatə edir.

Şəki şəhərindəki 4 nömrəli Uşaq musiqi məktəbində təşkil olunan dərslər Əməkdar artist, tarzən Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən aparılır.

Ustad dərslərinin əsas məqsədi musiqi və incəsənət məktəblərində təlim prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllim və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasının təmin edilməsi, müəllimlərə lazımi metodiki köməkliyin göstərilməsidir.

 

Mədəniyyət .- 2024.- 13 dekabr(№92-93).- S.4.