Nizami yurdunda “Xəzinə”
Mədəniyyət Nazirliyinin təşəbbüsü
ilə Sumqayıt Dövlət Dram Teatrı Nizami Gəncəvinin
fəlsəfi görüşləri əsasında
hazırlanan “Xəzinə” tamaşası ilə gəncəlilərin
qarşısında çıxış edib.
Yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə
aldığı, baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun
quruluş verdiyi ikihissəli pritça baş rəssam Elşən
Sərxanoğlunun bədii həlli ilə təqdim olunub. Səhnə
əsəri Nizaminin səkkiz əsr əvvəl gündəmə
gətirdiyi bəşəri problemləri ehtiva edir.
Pritçada dahi şairin beş əsərindən də
istifadə olunub. Tamaşa boyu zəka ilə
daş-qaşın mübarizəsi gedir...
Tamaşanın musiqi tərtibatçısı Telman
Qəniyev, icraçı rəssamı Nizami Dadaşovdur.
Mədəniyyət .- 2024.- 13 dekabr(№92-93).- S.4.