Lənkəran teatrının qastrol həftəsi

 

Lənkəran Dövlət Dram Teatrının kollektivi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırladığı (müəllif Ələkbər Hüseynov) “Xoşbəxtlik quşu” nağıl-tamaşasını bu dəfə Masallıda (7 dekabr) nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Sevən Həsənova, musiqi tərtibatı Elvin İsayevindir.

Birhissəli uşaq tamaşasında rolları Allahverən Babayev, Rauf Zeynalov, Təranə Fərəcova, Emin Fərzullayev, Teymur Hacızadə, Ayşən Əsədova, Əlizamin Abbasov və başqaları ifa edirlər.

Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərində ovçu Murad tələsinə düşmüş Simurq qușunun məsləhətləri ilə bütün maneələri keçərək qalib gəlir, insanları xeyirxah olmağa çağırır.

***

Qeyd edək ki, Lənkəran teatrı daxili qastrol planına uyğun olaraq, dekabrın 4-də də Füzuli Dövlət Dram Teatrının səhnəsində Rəhman Əlizadənin “Günah” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Hüseynovdur. Rolları Əməkdar artist Sücəddin Mirzəyev, Teymur Hacızadə, Vəfa Hacızadə, Emin Fərzullayev, Ayşən Əsədova, Allahverən Babayev, Rauf Zeynalov, Buludxan Buludov, Səyad Əliyev, Qızılgül Quliyeva ifa ediblər.

 

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.4.