Reza Deqatinin Azərbaycanda
çəkdiyi fotolar Mərakeşdə sərgilənir
Mərakeşin paytaxtı Rabatdakı Milli Fotoqrafiya
Muzeyində məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey”
adlı sərgisi açılıb. Sərginin
açılışında Azərbaycanın Mərakeşdəki
səfiri Nazim Səmədov da iştirak edib.
Sərgidə R.Deqatinin Azərbaycanın azad
olunmuş torpaqlarında, eləcə də Şirvanşahlar
sarayı (Bakı) və Xınalıqda (Quba rayonu) çəkdiyi
fotolar yer alır. Hər bir şəklin arxasında bir hekayə
var. Bunu fotoqrafın əsərlərində daha aydın
görmək olur. R.Deqati bu hekayələri sərgi ziyarətçilərinə
çatdırmağa çalışır. Fotoqrafın
obyektivinə tuş gəlmiş üzlərdəki emosiyalar,
sarsıntılar müxtəlif insan taleləri haqqında təsəvvür
yaradır.
20 foto və 5 kitab-albomun nümayiş olunduğu sərgi
gələn il iyunun 30-dək davam edəcək.
Mədəniyyət .- 2024.- 13 dekabr(№92-93).- S.1.