Cəlilabadda həmrəylik
festivalı
Cəlilabad şəhər Heydər Əliyev seyrəngahında
Lənkəran-Astara RMİ-nin iştirakı ilə 31 Dekabr –
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə “Gənclər və
idmançıların həmrəylik festivalı”
keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra festival iştirakçıları Azərbaycan
Dövlət Pedaqoji Universiteti Cəlilabad filialı, Cəlilabad
Dövlət Rəsm Qalereyası və Cəlilabad Dövlət
Peşə Təhsil Mərkəzinin “Roboto texnika” dərnəyinin
stendlərinə baxış keçirib, digər
qurumların hazırladıqları təqdimat stendləri ilə
yaxından tanış olublar.
Tədbir uşaq-gənclər idman məktəbi
idmançılarının nümunəvi
çıxışları ilə davam edib.
Sonda rəngarəng musiqi proqramı təqdim olunub.
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.4.