Füzulinin
530 illiyinə həsr edilmiş konsert-kompozisiya
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti (ADMİU) Musiqi sənəti
fakültəsinin təşkilatçılığı ilə
Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr
edilmiş “Vətənimdir, vətənim...”
konsert-kompozisiyası təqdim olunub.
Tədbirin aparıcısı Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qeyd edib
ki, Füzuli sözünün işığı beş əsrdir
ki, dünya ədəbiyyatını aydınladır.
Gecədə Xalq artisti, ADMİU-nun Muğam sənəti
kafedrasının müdiri Teyyub Aslanov, Əməkdar artist
Zakir Əliyev, Ramil Hümbətov və Vüsal Qasımov
şairin qəzəlləri ilə muğam parçaları
ifa ediblər. Xanəndələri Əməkdar artistlər
Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev
(kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimovun
(nağara) yer aldığı “Xarıbülbül” muğam
qrupu müşayiət edib.
Mədəniyyət .- 2024.-20 dekabr(№94-95).- S.1.