Mingəçevir
teatrı Ağdaşda “Sadığın toyu”nu edib
Mingəçevir Dövlət Dram Teatrı “Sadıq
evlənir” tamaşası ilə ağdaşlıların
qonağı olub. Sahib İbrahimlinin “Sadığın toyu”
pyesi əsasında hazırlanan tamaşa teatrın direktoru
Əməkdar artist İntiqam Soltan tərəfindən yenidən
quruluş verilərək təqdim edilib.
Tamaşanı Ağdaş Rayon İcra Hakimiyyəti,
Mərkəzi Aran RMİ-nin rəhbərliyi, rayon ictimaiyyətinin
nümayəndələri və digər qonaqlar izləyiblər.
Komik hadisələrlə zəngin olan səhnə əsəri
ağdaşlı tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.