“Səyahət edən
namələr”
Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda “Səyahət
edən namələr” adlı beynəlxalq rəsm sərgisi
açılıb. Sərgi NMR Rəssamlar Birliyi və
Bakıdakı Rus Evinin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Naxçıvan MR Rəssamlar Birliyinin sədri Milli Məclisin
deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamı ilə
muxtariyyətin 100 illiyi qeyd olunur. Rəssamlar Birliyi də bu
çərçivədə sayca 10-cu tədbirini
keçirir. O cümlədən 3 beynəlxalq sərgi təşkil
olunub.
Vurğulanıb ki, “Səyahət edən namələr”
beynəlxalq incəsənət layihəsi Rusiyanın
Tatarıstan Respublikasından olan rəssam və layihə
kuratoru Alfiya İlyasova və Yakutiyadan olan rəssam Natalya
Nikolayevnanın təşəbbüsü ilə həyata
keçirilir.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov,
Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyənin
Naxçıvandakı baş konsulu Asip Kaya, AMEA
Naxçıvan Bölməsinin sədri İsmayıl
Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru
Elbrus İsayev və başqaları sərgi haqqında fikirlərini
bölüşüb, rəssamlara yaradıcılıq
uğurları arzulayıblar.
Sonra sərgi iştirakçılarına təşəkkürnamələr
təqdim olunub. Naxçıvan Dövlət Universiteti İncəsənət
fakültəsinin tələbələri və Azərbaycan və
Türkiyədən olan “Turan” vokal-instrumental ansamblının
ifasında xalq mahnıları səsləndirilib.
Dekabrın 30-dək davam edəcək sərgidə 10
ölkədən 55 rəssamın əsərləri sərgilənir.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.