Yardımlıda həmrəylik
festivalı
Yardımlı rayon Heydər Əliyev Mərkəzində
Lənkəran-Astara RGİİ, rayon İcra Hakimiyyəti və
Lənkəran-Astara RMİ-nin birgə təşkilatçılığı
ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə “Gənclər və
idmançıların həmrəylik festivalı” keçirilib.
Çıxışlardan sonra festival
iştirakçıları Yardımlı rayon Mədəniyyət
Mərkəzi, Yardımlı Dövlət Rəsm
Qalereyası, rayon Uşaq-gənclər inkişaf mərkəzi,
Heydər Əliyev Mərkəzi, MKS-nin stendləri ilə
tanış olub, rayon idmançılarının nümunəvi
çıxışlarını izləyiblər.
Sonda il ərzində yüksək nəticə qazanan
idmançılara və məşqçi müəllimlərə,
eyni zamanda fəallığı ilə seçilən təşəbbüskar
gənclərə təşəkkürnamə və hədiyyələr
təqdim olunub.
Tədbir musiqi proqramı ilə davam edib.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.