Xaçmazda şəhidlər
haqqında film təqdim olunub
Xaçmaz şəhərində Birinci Qarabağ və
44 günlük Vətən müharibələrində şəhidlik
zirvəsinə ucalan dörd qəhrəman
döyüşçüyə həsr olunmuş film təqdim
edilib.
Filmdə xaçmazlı şəhidlər Rəhim
İmamov, Hüseyn Sultanov, Fərid Seyfullayev və Fazil
Quliyevin həyat və döyüş yolundan bəhs olunur.
Heydər Əliyev Mərkəzində keçirilən
təqdimat mərasimində şəhid ailələri, qazilər,
müəllim və şagirdlər iştirak ediblər.
Filmin müəllifi Həsən Arazov, Xaspoladoba kənd
tam orta məktəbinin direktoru Tural Məmmədov
çıxış edərək Azərbaycan Ordusunun 44
günlük Vətən müharibəsində keçdiyi
şərəfli yoldan, qazanılan şanlı Zəfərdən
danışıblar.
Şəhidlər Rahim İmamovun anası Yasəmən
İmamova, Fərid Seyfullayevin bacısı Fəridə
Seyfullayeva Vətən uğrunda canından keçən qəhrəmanlarla
qürur duyduqlarını söyləyib, şəhidlərin
xatirəsinə göstərilən diqqət və ehtirama
görə təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra film nümayiş
olunub.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.