“Nəsillərin rəngli
dialoqu”
Sumqayıtda “Nəsillərin rəngli dialoqu” adlı
rəsm sərgisi açılıb. Sumqayıt Dövlət
Dram Teatrında keçirilən sərgidə Milli Məclisin
sədr müavini Ziyafət Əsgərov, deputat Səbinə
Salmanova, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Rəssamlar
İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcov
çıxış edərək Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin qazandığı
uğurlardan, torpaqlarımızın işğaldan azad
olunmasından, suverenliyimizin bərpasından
danışıblar.
Çıxışlarda Ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta diqqət
və qayğısından da bəhs olunub. Bu diqqət-qayğının şəhərin sosial-iqtisadi
inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin,
mədəniyyətin tərəqqisində rolu
vurğulanıb.
Sonra sərgi ilə tanışlıq olub.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.