Lənkəran
Tarix-Diyarşünaslıq Muzeyi 100 yaşında
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran
bölməsi və Lənkəran şəhər Mədəniyyət
Mərkəzinin birgə təşkilatçılığı
ilə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin
yaradılmasının 100 illiyi və “Xan evi” kimi tanınan
binanın tikilməsinin 111 illiyi münasibətilə “Vətən
tarixi ədəbi əsərlərdə” adlı tədbir
keçirilib.
Qəni Vəliyev adına Lənkəran şəhər
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə
açılış sözü söyləyən muzeyin
direktoru tarix üzrə fəlsəfə doktoru, Lənkəran
Dövlət Universitetinin dosenti Leyla Məcidova muzeyin və
binanın tarixi ilə bağlı geniş məlumat verib.
Daha sonra Lənkəran şəhər Mədəniyyət
Mərkəzinin direktoru Anar Kəkəyev, AYB Lənkəran
bölməsinin sədri Qafar Cəfərli, AMEA Ədəbiyyat
İnstitutunun şöbə müdiri Vaqif Yusifli, muzeyin
yaradıcısı Mirzə Ağaəli Əliyevin nəvəsi
Kübra Süleymanova hər iki əlamətdar tarixlə
bağlı fikir və düşüncələrini
bölüşüblər.
Sonda mərkəzin “Babalar” xor kollektivinin ifa etdikləri
Lənkərana həsr olunan şeirlər və musiqi nömrələri
tədbir iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.