Türkiyəli mütəxəssislərin
avtomatlaşdırılmış kitabxana sistemi üzrə təlimləri
Dekabrın 18-dək 23-dək “Koha”
avtomatlaşdırılmış kitabxana-idarəetmə
sistemində işin təkmilləşdirilməsi məqsədilə
türkiyəli mütəxəssislər tərəfindən
Bakıda və bir sıra regionlarda kitabxana işçiləri
üçün təlimlər keçirilib.
Milli Kitabxananın treninq mərkəzində
keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin tabeliyində olan rayon mərkəzləşdirilmiş
kitabxana sistemlərinin (MKS), Sabir adına Şəhər
Kütləvi Kitabxanasının əməkdaşları
iştirak ediblər. Təlimlər 19 dekabr tarixində Gəncə-Daşkəsən
Regional Mədəniyyət İdarəsini (RMİ), 20 dekabrda
Quba-Xaçmaz RMİ-nin MKS-lərini əhatə edib.
Türkiyəli mütəxəssislər 21 dekabrda
paytaxtda Səbail rayon MKS, C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanası, 23 dekabrda isə F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti
ilə tanış olub, tövsiyələrini veriblər.
Dekabrın 23-də Milli Kitabxanada keçirilən
yekun tədbirdə direktor Kərim Tahirov proqramın
üstünlüklərindən, iş proseslərinin
inkişafı istiqamətində görülən işlərdən
bəhs edib.
Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsi
Texniki xidmətlər şöbəsinin müdiri Hülya
Dirican dünyada geniş yayılan “Koha” proqramının 13
ildir qardaş ölkədə tətbiqindən
danışıb.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.3.