Avstriya şirkəti
cazmen Rain Sultanovun vinil diskini buraxıb
Avstriyanın
“Second Records” leybl şirkəti Azərbaycanın caz
ustası, Əməkdar artist
Rain Sultanovun kanadalı caz truba ifaçısı və
bəstəkar Kenni Uiler (Kenny Wheeler; 1930–2014) ilə birgə
“Jazz Standards Live” adlı qoşa vinil valını buraxıb.
Rain
Sultanov deyib ki, bu layihənin reallaşdırılması onun
həyatında böyük hadisədir: “Kenni Uiler kimi görkəmli
musiqiçi ilə eyni səhnəni bölüşmək,
onunla ifa etmək mənim üçün böyük şərəf
idi. Onun artıq aramızda olmadığı bir vaxtda indi
vinil valının buraxılması xüsusilə dəyərlidir”.
Albomda
“Body & Soul”, “Blue Monk”, “Don’t Worry Baby” caz standartları, eləcə
də Kenny Uillerin bəstələri yer alıb.
“Jazz
Standards Live” layihəsində Rain Sultanovla (saksofon) bərabər,
Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli
(piano) və Ruslan Hüseynov (bas), həmçinin Pol Klarvis
(baraban) iştirak ediblər. Bu, Rain Sultanovun Avropa leybli tərəfindən
buraxılan beşinci vinil valdır. Klassik vinil valların ənənələri
Rain Sultanov tərəfindən 2017-ci ildə Azərbaycan təbiətinə
həsr olunmuş “Inspired by Nature” layihəsi ilə ölkəmizə
qaytarılıb.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.8.