2024-də dünyadan
köçənlər
2024-ci ildə Azərbaycan mədəniyyəti, ədəbiyyatı,
incəsənəti, elmi, mətbuatı adına itkilərimiz
oldu. Ömür yolu bu il bitənlər...
5 yanvar – Əməkdar artist, qarmon ifaçısı
Gülbahar Müzəffər qızı
Şükürlü (20.3.1962 – 2024).
6 yanvar – Əməkdar artist, xanəndə Aygün Bəylər
(Aygün Aydın qızı Hümbətova; 22.8.1975 – 2024).
9 yanvar – Yazıçı, ədəbiyyatşünas,
Əməkdar incəsənət xadimi Çingiz Həsən
oğlu Hüseynov (20.4.1929 – 2024).
12 yanvar – Heykəltaraş, Əməkdar incəsənət
xadimi, Dövlət mükafatı laureatı Telman Heydər
oğlu Zeynalov (20.10.1931 – 2024).
16 yanvar – Arxeoloq, tarixçi, Qobustan abidələrinin
tədqiqatçısı Firuzə Məmmədrza
qızı Muradova (19.11.1934 – 2024).
17 yanvar – Tanınmış jurnalist Səbuhi Məmmədli
(11.9.1970 – 2024).
18 yanvar – Ədəbiyyatşünas, mətbuat
tariximizin tədqiqatçısı, Əməkdar jurnalist
Şamil Qiyas oğlu Vəliyev (1960 – 2024).
22 yanvar – Lənkəran Dövlət Dram
Teatrının aktyoru, Əməkdar artist Niftulla Fətulla
oğlu Əsgərov (1959 – 22.1.2024).
25 yanvar – Əlyazmalar İnstitutunun direktor müavini,
filoloq, mətnşünas Paşa Əli oğlu Kərimov
(10.2.1959 – 2024).
2 fevral – Əməkdar jurnalist Rəhman Orxan (Məmmədzadə;
24.7.1950 – 2024).
6 fevral – Milli balet sənətinin görkəmli
nümayəndəsi, Xalq artisti Rəfiqə Hacı
qızı Axundova (7.8.1931 – 2024).
12 fevral – Azərbaycan uşaq ədəbiyyatının
nümayəndəsi, şair-dramaturq Simax Şeyda (Simax Barux
oğlu Yuşvayev; 20.6.1936 – 2024).
14 fevral – Balet artisti, uzun illər Akademik Opera və
Balet Teatrında çalışmış Xəyyam Kələntərli
(1941 – 2024).
19 fevral – Azərbaycanın və Tacikistanın Xalq
artisti, müğənni Leyla Rəcəb qızı Şəripova
(28.1.1930 – 2024).
19 fevral – Bədəlbəylilər nəslinin
nümayəndəsi, Əməkdar müəllim Telman Əhməd
oğlu Ağdamski (6.8.1936 – 2024).
21 fevral – Xalq yazıçısı, nasir, dramaturq,
ssenarist Mövlud Süleymanlı (Mövlud Süleyman oğlu
Balakişiyev; 18.3.1943 – 2024).
24 fevral – Muğam sənətinin tədqiqatçısı,
şair, publisist Gülhüseyn Mərdan oğlu
Kazımlı (4.2.1950 – 2024).
14 mart – Şair, publisist, Əməkdar jurnalist Zeynal Vəfa
(Zeynalabdin İsmayıl oğlu Zeynalov; 2.12.1938 – 2024).
14 mart – AMEA-nın Ədəbiyyat İnstitutunun
şöbə müdiri, professor Şirindil Həsən
oğlu Alışanlı (28.10.1952 – 2024).
16 mart – Əməkdar artist, xanəndə Sahibə
Əliqulu qızı Əhmədova (11.1.1956 – 2024).
18 mart – Şərqşünas, BDU-nun professoru Əsədulla
Qurbanov (1936–2024).
28 mart – Əməkdar artist, teatr və kino aktyoru Rahib
Seyidağa oğlu Əliyev (12.7.1945 – 2024).
29 mart – Tarix elmləri doktoru, arxeoloq Tufan Axundov
(26.11.1946 – 2024).
1 aprel – Arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət
Seyfulla oğlu İsmayılzadə (24.10.1934 – 2024).
12 aprel – Sumqayıt Dövlət Dram Teatrının
rejissoru, Əməkdar artist Namis Xanmirzə oğlu Şirməmmədov
(3.4.1962 – 2024).
20 aprel – Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar
artist Yuri Vladimiroviç Omelçenko (7.3.1976 – 2024).
20 aprel – Əməkdar artist, müğənni
Cavanşir İrşad oğlu Məmmədov (15.3.1954 – 2024).
29 aprel – Əməkdar jurnalist,
yazıçı-publisist Vasif Həzərxan oğlu Səmədov
(22.1.1950 – 2024).
13 may – Əməkdar artist, Səid Rüstəmov
adına Xalq çalğı alətləri orkestrinin dirijoru
Faiq Əbülfəz oğlu Sadıqov (10.10.1948 – 2024).
22 may – Türkoloq, tərcüməçi, filologiya
elmləri doktoru, professor Ramiz Baxşəli oğlu Əskər
(10.1.1954 – 2024).
23 may – Əməkdar jurnalist Bəbir Qüdrət
oğlu Hüseynov (26.12.1932 – 2024).
24 may – Xalq artisti, uzun illər Naxçıvan Dövlət
Milli Dram Teatrının aktyoru olmuş Tofiq Səməd
oğlu Mövləvi (1.7.1938 – 2024).
31 may – Uzun illər Azərbaycan Dövlət Rəsm
Qalereyasında çalışmış Rauf Mirzəbəy
oğlu Məlikzadə (4.6.1952 – 2024).
22 iyun – Əməkdar rəssam İsa Məmməd
oğlu Məmmədov (5.3.1956 – 2024).
30 iyun – Əməkdar artist, tarzən, pedaqoq Səbuhi
Aslan oğlu Cəfərov (1968 – 2024).
15 iyul – Ustad balabançı Nizami Əli oğlu
Abbasov (1.1.1946 – 2024).
26 iyul – Azərbaycanın və Özbəkistanın
Xalq artisti, 1977-ci ildən Ə.Nəvai adına Daşkənd
Akademik Opera və Balet Teatrında rejissor işləmiş
Firudin Səttar oğlu Səfərov (1.8.1933 – 2024).
26 iyul – Azərbaycan əsilli türkiyəli şair,
nasir, tərcüməçi Əfşar Timuçin
(31.8.1939 – 2024).
1 avqust – Əməkdar artist, Lənkəran Dövlət
Dram Teatrının aktrisası Zemfira Musabala qızı Nəcəfova
(1.4.1950 – 1.8.2024).
10 avqust – Bəstəkar, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Rəhilə Teymur
qızı Həsənova (10.11.1951 – 2024).
16 avqust – Azərbaycan ədəbiyyatının dostu,
türkiyəli yazıçı, Avrasiya Yazarlar Birliyinin
başqanı Yaqub Öməroğlu (25.3.1966 – 2024).
18 avqust – Tarixçi, şərqşünas,
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri
olmuş Şahin Fazil oğlu Fərzəliyev (27.3.1940 – 2024).
20 avqust – Publisist İlham Cəmiloğlu (Xudiyev;
25.1.1965 – 2024).
21 avqust – Əməkdar jurnalist Nair Əliyev (1974
–2024).
25 avqust – Tarixçi, jurnalist, BDU-nun Milli mətbuat
tarixi kafedrasının professoru
Nəsiman Qara oğlu Yaqublu (22.2.1962 – 2024).
28 avqust – Azərbaycan Dövlət Kukla
Teatrının aktrisası olmuş Elmira Əmbər
qızı Hüseynova (8.11.1952 – 2024).
3 sentyabr – Rəssam, pedaqoq Aydın Ələkbər
oğlu Rzaquliyev (7.6.1953 – 2024).
4 sentyabr – Qazax Dövlət Dram Teatrının aktyoru
Aydın Əmir oğlu Orucov (22.8.1963 – 2024).
8 sentyabr – Jurnalist, yazıçı Hidayət
Elvüsal (Əhmədov; 25.6.1949 – 2024).
13 sentyabr – Əməkdar artist, Bakı Bələdiyyə
Teatrının aktyoru Rafiq Əli oğlu İbrahimov (2.11.1955
– 2024).
22 sentyabr – Əməkdar artist, xanəndə Kifayət
Gəncəli (Məmmədova; 2.11.1937 – 2024).
13 oktyabr – Yazıçı-jurnalist, ssenarist Yaqub
Əlioğlu (Məmmədov; 26.8.1956 – 2024).
15 oktyabr – Əməkdar mədəniyyət
işçisi, yazıçı-jurnalist Vaqif Ənvər
oğlu Əlixanlı (13.10.1943 – 2024).
19 oktyabr – Əməkdar incəsənət xadimi, sənətşünas,
“Azərbaycan muğamı ensiklopediyası”nın tərtibçisi
Sürəyya Xosrov qızı Ağayeva (29.4.1947 – 2024).
26 oktyabr – Xalq artisti, opera müğənnisi Şahlar
Həsənağa oğlu Quliyev (25.9.1946 – 2024).
26 oktyabr – Xalq artisti, bəstəkar, dirijor Yaşar
Əbdülxalıq oğlu İmanov (21.3.1933 – 2024).
9 noyabr – Jurnalist, şair, ssenarist Zülfüqar
Rüfətoğlu (Əhmədzadə; 22.6.1958 – 2024).
26 noyabr – Xalq artisti, violonçel ifaçısı,
pedaqoq Rasi Mahmud oğlu Abdullayev (6.7.1944 – 2024) .
29 noyabr – Xalq rəssamı, uzun illər “Azərbaycanfilm”də
fəaliyyət göstərmiş Rafiq Əliş oğlu Nəsirov
(4.8.1947 – 2024).
29 noyabr – Rəssam, heykəltaraş Əsgər
Şakir oğlu Kərimov (10.2.1941 – 2024).
20 dekabr 2024 – Xalq rəssamı Tofiq Məmmədəli
oğlu Ağababayev (8.9.1928 – 2024).
21 dekabr – Sumqayıt Dövlət Dram Teatrının
aktyoru Yalçın Üzeyir oğlu Səlimov (1.7.1973 – 2024).
***
2024-cü ildə dünya mədəniyyəti
adına da itkilər oldu. Onlardan bir qismini yada salaq:
11 yanvar – SSRİ Xalq artisti, teatr və kino aktyoru Yuri
Solomin (18.6.1935 – 2024).
9 mart – Türk kinosunun ustadlarından aktyor Kayhan
Yıldızoğlu (28.5.1933 – 2024).
15 mart – Rusiyanın Xalq artisti, Moskva Akademik Satira
Teatrının bədii rəhbəri Aleksandr Şirvindt (19.7.1934 – 2024).
20 iyun – Kanadalı kino və teatr aktyoru Donald Sazerlend
(17.7.1935 – 2024).
18 avqust – Dünya kinosunun məşhurlarından
fransız aktyoru Alen Delon (8.11.1935 – 2024).
27 sentyabr – Britaniyalı aktrisa, iki dəfə “Oskar”
mükafatçısı Marqaret Smit (28.12.1934 – 2024).
3 noyabr – Amerikalı bəstəkar və prodüser,
28 dəfə “Qremmi” mükafatçısı Kuinsi Cons
(14.3.1933 – 2024).
17 dekabr – İspaniyalı teatr və kino aktrisası
Marisa Paredes (3.4.1946 – 2024).
Xatırladı: Vüqar Orxan
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.6.