“Aktyor sənətini
öyrən”
Mədəniyyət üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzi ilə Azərbaycan Rəssamlıq
Məktəbinin “Aktyor sənətini öyrən” layihəsi
davam edir. Təlimin ilk üç ayının nəticələrinə
əsasən, layihə çərçivəsində
imtahanlar təşkil olunub.
İlk imtahan (30 noyabr) musiqili tamaşalar üzrə
olub: Əməkdar artist Qurban Məsimovun teatr və kino
aktyorluğu üzrə kiçik qrupunun quruluşunda “Mama” və
Əməkdar artist Qasım Nağının rəhbərliyi
ilə kiçik qrupunun quruluşunda isə
“Gülüncün nağılı”. İmtahanlar uğurla
keçib və tamaşaçılar gənc istedadların
çıxışlarını maraqla
qarşılayıblar.
Dekabrın 11-də Azərbaycan Rəssamlıq Məktəbinin
yuxarı yaş qrupu (rəhbər – Xalq artisti Məmmədsəfa
Qasımov) üzrə “Etüdlər” imtahanı gerçəkləşib.
Nağılların müəllifi Gülzar
İbrahimova, teatrşünas Dağlar Yusif, Əməkdar
artist Elman Rəfiyev, Xalq artisti Cəfər Namiq Kamal və
başqaları tamaşalarla bağlı fikirlərini bildiriblər.
Onlar layihənin əhəmiyyətini və tələbələrin
çıxışını yüksək qiymətləndirib,
tədris proqramının qısa müddətdə uğurla
mənimsənildiyini vurğulayıblar.
“Aktyor sənətini öyrən” layihəsinin əsas
məqsədi uşaq və yeniyetmələr arasında
peşəkar teatr sənətinin
populyarlaşdırılması, müstəqil incəsənət
təhsili sahəsinin peşəkarlaşdırılması,
bu istiqamətdə konseptual yeniliklərdən səmərəli
istifadə etməkdir.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.2.