Ölkəmizdə etnik
azlıqların mədəni irsinin qorunması diqqətdə
saxlanılır
Fevralın 12-də Astara rayon Heydər Əliyev Mərkəzində
“Etnik azlıq və qrupların mədəni irsinin qorunub
saxlanılması və inkişaf etdirilməsi” mövzusunda tədbir
keçirilib.
Mərkəzin baş fond mühafizi Elza Kazımova
bildirib ki, Azərbaycanda tarixən bütün xalqlara, milli azlıqlara və etnik
qruplara eyni normal münasibət bəslənilib. Dövlət
tərəfindən atılan məqsədyönlü
addımlar dinindən, millətindən asılı olmayaraq,
Azərbaycan xalqının bütün dövrlərdə
mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini
daha da möhkəmləndirib.
Tədbirə qatılan şagirdlərin mövzu
üzrə sualları cavablandırılıb. Sonda
iştirakçılar mərkəzin elektron kitabxanasında
saxlanılan kitablardan təşkil olunmuş sərgiyə
baxıblar.
Mədəniyyət. -2024.- 14 fevral,№12.- S.4.