Tovuzda Xıdır Nəbi
bayramı qeyd edilib
Türk xalqlarının mifik düşüncəsində
təbiətin oyanışını müjdələyən,
yazın, yaşıllığın səbirsizliklə
gözlənilməsini tərənnüm edən, bolluq, bərəkət,
firavanlıq inanclarının rəmzi kimi uzun əsrlər
boyu yurdumuzda keçirilən bayramlardan biri Xıdır Nəbi
bayramıdır. Bu bayram “Yazağzı Xızır”,
“Xıdır İlyas”, yaxud “Qışyarısı” da
adlanır.
Xıdır Nəbi, əsasən, Kiçik çillənin
yarı olduğu ərəfədə, fevralın 9–11-ci
günlərində keçirilir.
Fevralın 10-da Tovuzun Yuxarı Öysüzlü kəndində
Xıdır Nəbi bayramı qeyd olunub. Böyük coşqu
ilə keçən tədbirdə məclis
iştirakçıları əl-ələ verərək
musiqi sədaları altında yallı gedib, rəqs ediblər.
Tədbir boyu göstərilən səhnəciklər,
söylənilən şeir və haxıştalar izləyicilərdə
xoş təəssüratlar yaradıb.
Mədəniyyət. -2024.- 14 fevral,¹12.- S.4.