“Hophopnamə” kitab mərkəzinin
daha bir qonağı
Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində
detektiv yazıçı Elxan Elatlı ilə
görüş keçirilib.
Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı dəvəti
qəbul edib oxucularla görüşə gəldiyi
üçün yazıçıya təşəkkürünü
bildirib. Qeyd edib ki, görüş ideyası gənclərin
yazıçının yaradıcılığına olan
marağından yaranıb.
Tədbirin moderatoru Ağalar Ağammədov Elxan
Elatlının həyat və yaradıcılığı
barədə məlumat verib. Yazıçı oxucularla
görüşdən məmnunluğunu bildirib, əsərləri
haqqında söz açıb
Qarşılıqlı dialoq şəklində
keçən tədbirdə yazıçı oxucuları
maraqlandıran sualları cavablandırıb, kitablarını
imzalayaraq onlara təqdim edib.
Sonda qonağa Mil-Muğan RMİ tərəfindən hədiyyə
təqdim edilib, xatirə şəkli çəkdirilib.
Mədəniyyət. -2024.- 14 fevral,¹12.- S.4.