Gəncə Filarmoniyasının
yeni layihəsi – “Musiqi yolu”
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası “Musiqi yolu” layihəsinə başlayır.
Filarmoniyadan bildirilib ki, layihə “Gəncə Dövlət
Filarmoniyasından salamlar” və “Gəncə Dövlət
Filarmoniyasına salamlar” sloqanları ilə gerçəkləşəcək.
Məqsəd paytaxt Bakıda, Gəncə və digər
regionların mədəniyyət müəssisələrində
fəaliyyət göstərən musiqiçilər
arasında sənət mübadiləsi yaratmaq, bu sahənin
inkişafına töhfə verməkdir.
“Musiqi yolu”na sosial şəbəkələr vasitəsilə
ölkəmizin regionlarından ifaçılar qoşulacaqlar.
Layihə həmçinin yaradıcı insanların
tanınmasında rol oynayacaq.
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.4.