Teatr-konsert müəssisələrinin
fəaliyyətinə həsr olunmuş görüş
Fevralın 12-də Mərkəzi Aran RMİ-nin xidməti
əhatəsində olan teatr-tamaşa və konsert müəssisələrinin
fəaliyyətinə həsr olunmuş görüş
keçirilib.
Görüş 2024-cü il yanvarın 27-də Lənkəran
şəhərindəki Heydər Əliyev Mərkəzində
mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə
regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin
fəaliyyəti ilə bağlı keçirilmiş
müşavirədə bu sahə üzrə müəyyən
edilmiş prioritet istiqamətlərə həsr olunub.
Tədbirdə regional idarənin, Mingəçevir
Dövlət Dram Teatrının, mədəniyyət mərkəzlərinin
rəhbərləri və əməkdaşları iştirak
ediblər.
Bildirilib ki, son illər Azərbaycan teatr sənətinin
inkişafı yönündə bir sıra dəyərli
addımlar atılır. Həyata keçirilən festival və
müsabiqələr, eləcə də qastrol səfərləri
bu sahədə canlanma yaradır. Sahənin davamlı
inkişafı üçün zəruri addımlarla
bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.4.