Azərbaycanlı
cazmenin Osloda konsertləri
Tanınmış caz musiqiçisi və bəstəkar
Rain Sultanov Norveçin paytaxtı Osloda yaşıl dünyaya
həsr olunmuş silsilə konsertlərdə iştirak edib.
Rain Sultanov ECM leyblinin (səsyazma markası – ECM
Records, Almaniya) tanınmış pianoçusu Tord Qustavsenlə
duet şəklində konsert verib. O həmçinin Arild
Anderson, Bendik Hofset, Helqe İberq, Helqe Lin, Karl Seqlem kimi
Norveçin tanınmış caz-musiqiçilərinin, eləcə
də azərbaycanlı musiqiçilər Tural Rafael və
Hikmət Babazadənin yer aldıqları qala-konsertdə
çıxış edib.
Layihə təbiətin, nəsli kəsilməkdə
olan heyvan növlərinin qorunub saxlanılması,
yaşıl dünya naminə musiqiçilərin həmrəyliyini
nümayiş etdirmək məqsədilə təşkil
olunub. Zal yüksək ifaçıları ayaq üstə
alqışlayıb.
Qeyd edək ki, Rain Sultanovun Avropanın nüfuzlu səsyazma
studiyalarının birində yazılan “Mavi balina”
kompozisiyası tezliklə sənətsevərlərə təqdim
olunacaq.
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.8.