Yeni “Şekspir”i
qarşılayın...
Şuşa Dövlət Musiqili Dram Teatrı premyeraya
hazırlaşır. Yaradıcı heyət bu dəfə Xalq
yazıçısı Elçinin absurd teatr ənənəsinin
davamı kimi səciyyələndirilən “Şekspir” əsərinə
müraciət edib.
Tamaşaya teatrın baş rejissoru Əməkdar
artist Loğman Kərimov quruluş verib. Quruluşçu rəssam
Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim
Feyzullayevdir.
Rolları Əməkdar artist Nazir Rüstəmov
(İ.V.Stalin), Emin Sevdiməliyev (Baş həkim), Sevinc
Ağayeva (Həkim), Vüsal Məmmədov (Sanitar), Orxan
Abışov (Drob 13), Püstəxanım Zeynalova (Sara Bernar),
Mobil Qurbanov (Veneralı), Zəhra Salayeva (Ər-arvad) ifa edirlər.
Əsərdə hadisələr ruhi-əsəb
dispanserində baş verir. Cəmiyyətin dəli və
ağıllı kəsimi bir daha üz-üzə qoyulur.
Yazıçı əsərin kulminasiyasında
ağıllı-dəli münasibətləri
tendensiyasının təzahürünə yeni aspektdən
yanaşıb.
Mədəniyyət.- 2024.- 14 fevral,¹12.- S.3.