Sudan öz ədəbiyyatını
Azərbaycanda tanıtmaq istəyir
Sudanın Azərbaycandakı müvəqqəti
işlər vəkili Mustafa Abdel Halim Dövlət Tərcümə
Mərkəzində olub.
Mərkəzin Beynəlxalq əlaqələr idarəsinin
rəisi Püstə Axundova ilə görüşdə Sudan ədəbiyyatının
Azərbaycan dilinə tərcümə və nəşri,
ölkələrarası ədəbi əlaqələrin
qurulması və inkişafı istiqamətində
görüləcək işlər barədə fikir
mübadiləsi aparılıb.
Görüşdə Sudanın nasir və şairlərinin,
o cümlədən görkəmli yazıçı
Əl-Tayyib Salihin ədəbi irsinin Azərbaycan oxucusuna
çatdırılmasının əhəmiyyəti
vurğulanıb, bu istiqamətdə əməkdaşlıq
layihələrinin perspektivləri müzakirə edilib.
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.3.