Milli Dram Teatrının “Manqurt”u Lənkəran səhnəsində

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlarda qastrol səfərləri bu il də davam edir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında çıxış edib.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov iştirak ediblər.

 

Mədəniyyət.-  2024.- 14 fevral,¹12.- S.2.