Laçında yeni
kitabxana
Fevralın
4-də Laçın şəhərindəki “LaCinema”
kinoteatrının nəzdində “Simurq” adlı kitabxananın
açılışı olub.
Kitabxanaya
bu ad Laçına yeni köçmüş sakinlərin təşəbbüsü
ilə görkəmli maarifçi, yazıçı
Tağı Şahbazi Simurğun şərəfinə verilib.
Xatırladaq ki, Laçın şəhərinin adını
1923-1926-cı illərdə Azərbaycan MİK-in (hökumətin)
katibi olmuş Tağı Şahbazi təklif etmişdi.
Yeni
yaradılan kitabxanaya M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanası da öz töhfəsini verib və buraya 185
nüsxə kitab göndərib.
Açılış
mərasimində ölkəmizdə ilk mobil kitab tətbiqi –
“Audiokitab”ın keçirdiyi oyun-müsabiqədə məktəblilər
fəal iştirak ediblər.
Bəstəkar,
pianoçu Sevda Rəhimova, tarzən Zəfər Əhmədli,
pianoçu Şahin Yahyazadə, caz pianoçu İsa
Bağırov, zərb alətləri ifaçısı Məhəmməd
İbrahimli konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.4.