“Elm və maarif” – Ağdam
teatrında premyera
Ağdam Dövlət Dram Teatrında uşaq və
yeniyetmələr üçün hazırlanan “Elm və
maarif” tamaşasının premyerası olub.
Şair, dramaturq, teatr xadimi Səməd Mənsurun
(1879–1927) “Maarif” əsəri əsasında hazırlanan birhissəli
tamaşasının quruluşçu rejissoru Elmir Hümbətov,
quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı
Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.
Rolları teatrın aktyorları Afaq Əliyeva, Səda
İbrahimov, Ülviyyə Qasımova, Anar Əhmədov, Hakim
Cəfərli, Teymur Kərimov, Vüqar Mərdanov və Tural
Yusifov ifa edirlər.
Teatrda 2024-cü il üçün repertuar planı
üzrə yeni tamaşanın məşqlərinə də
başlanılıb.
Yaradıcı heyət yerli müəllif Şahnaz
Şahinin “Mübariz” əsərinə müraciət edib.
Tamaşa teatrın baş rejissoru Kərim Həsənovun
quruluşunda təqdim olunacaq.
M.F.Axundzadənin “Hekayəti-mərdi-xəsis”
komediyası da teatrın repertuar planındadır. Bundan əlavə,
Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən
ləzzətini” əsərini teatrın gənc rejissoru Elmir
Hümbətov ərsəyə gətirəcək.
Çingiz Ələsgərlinin “Olmayanlar olanda” pyesi əsasında
eyniadlı tamaşanı isə K.Həsənov
hazırlayacaq.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.4.