Rəsulzadə irsi mədəni və
ictimai fikir tariximizdə
Azərbaycan Milli İncəsənət Muzeyində
görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd
Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib.
“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni
və ictimai fikir tarixində” adlı tədbirdə məruzəçi
qismində görkəmli dövlət xadiminin nəvəsi
Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri
doktoru, professor Solmaz Rüstəmova-Tohidi
çıxış ediblər.
Rais Rəsulzadə babası haqqında fikirlərini
bölüşüb, tədbirdə muzeyin kolleksiyasından
nümayiş olunan, Xalq rəssamları Kamil Əliyev və
Oqtay Sadıqzadənin çəkdikləri Rəsulzadənin
portretlərindən bəhs edib.
Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan
xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində
Rəsulzadənin rolu, həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti
haqqında geniş danışıb. Yeni çapdan
çıxmış “II Beynəlxalq Rəsulzadə qiraətləri”
kitabını muzeyə hədiyyə edib. Qeyd edək ki, bu il
Rəsulzadənin 140 illik yubileyi münasibətilə “III Beynəlxalq
Rəsulzadə qiraətləri”nin keçirilməsi nəzərdə
tutulur.
Daha sonra tədbirdə iştirak edən ziyalılar,
Rəsulzadə irsinin Almaniya və İrandan olan tədqiqatçıları
məruzələr ətrafında çıxış ediblər.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.2.