Yenə “Pəri cadu”
Fevralın 14-də Gəncə Dövlət Dram
Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri
cadu” dramı əsasında tamaşanın premyerası
keçirilib.
Premyeranı izləyənlər arasında şəhərin
icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki
baş konsulu Recep Öztop da olub.
Teatrın baş rejissoru Elşad Əhmədov
quruluş verdiyi tamaşada əsərə xas magik realizmi
ön planda saxlamağa çalışıb. Əsər nəfsinə
məğlub olmuş Qurban, Hafizə xanım, Pəri, Səlimə
kimi insanların taleyindən bəhs edir. Qəhrəmanlar
tapdalanmış qürurlarını təmin etmək
üçün ən alçaldıcı əməllərə
də rahatlıqla əl atır və bəlalara uğrayaraq
məhv olurlar...
Səhnə işində əsas rolları Əməkdar
artistlər Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar
Günay Cabbarova, Sevinc Hüseynova, Ruslan Hüseynov, Emil
Salmanov və Elmir Məmmədov ifa edirlər. Birhissəli
tamaşanın quruluşçu rəssamı Mirzə Mehdi,
xoreoqrafı Zeynəb Hüseynova, musiqi tərtibatçısı
Ziyad Abbasovdur.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.4.