Bəşəri bəla
rənglərdə
Cəlilabad Dövlət Rəsm Qalereyası, rayon
Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin
birgə təşkilatçılığı ilə
açıq havada “Narkomaniyaya yox deyək!” başlıqlı
sərgi keçirilib.
Əvvəlcə ölkəmizin ərazi
bütövlüyü uğrunda canından keçən
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbir iştirakçıları narkomaniyanın
acı fəsadlarından danışaraq onunla mübarizə
istiqamətində maarifləndirmə, təbliğat və
profilaktika işlərinin aparılmasının vacibliyini
vurğulayıblar.
Sərgidə qalereyanın tərtibatçı rəssamı
Ramilə Quliyevanın şagirdlərinin əl işləri
nümayiş olunub.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.4.