“Dünya yaşıl olanda”
Dövlət başçısının sərəncamı
ilə Azərbaycanda elan olunan
“Yaşıl dünya naminə həmrəylik ili”
münasibətilə bölgələrdəki mədəniyyət
müəssisələrində müxtəlif tədbirlər
keçirilir.
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
məktəblilər üçün debat təlimi
keçirilib. Təlim Quba-Xaçmaz RGİİ-nin Siyəzən
rayonu üzrə sektoru, Quba-Xaçmaz RTİ-nin rayon üzrə
sektoru ilə birgə təşkil olunub. Yeniyetmə və gənclərə
ekoloji tərbiyənin aşılanması, ekoloji maarifləndirmə,
debat mədəniyyətinin təbliği məqsədi
daşıyan təlim zamanı iştirakçılara debatla
bağlı müxtəlif mövzular haqqında ətraflı
məlumat verilib. Sonda təlim iştirakçılarına
sertifikatlar təqdim olunub.
***
Şəki Olimpiya İdman Kompleksində Şəki-Zaqatala
RMİ, Şəki-Zaqatala RGİİ-nin təşkilatçılığı
və Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Şəki rayon komitəsinin dəstəyi ilə
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
mədəniyyət işçiləri arasında futzal
turniri keçirilib. Turnirdə Şəki Uşaq incəsənət
məktəbi, şəhər 2, 3 və 4 nömrəli
uşaq musiqi məktəblərinin şagirdləri iştirak
ediblər. Şəki şəhər 2 nömrəli Uşaq
musiqi məktəbi turnirin qalibi olub. Komandalar fəxri fərman,
kubok və medallarla təltif ediliblər.
***
Ağstafa rayon MKS-nin Uşaq şöbəsində
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar
məktəbli oxucularla birlikdə “Dünya yaşıl olanda”
adlı dəyirmi masa keçirilib.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.4.