“Beynəlxalq Kitab
Bağışlama Günü” münasibətilə
Şirvan-Salyan RMİ və Şirvan-Salyan RTİ-nin
birgə təşkilatçılığı ilə
Şirvan şəhər 4 nömrəli “Qərənfil”
uşaq bağçası-körpələr evində “Beynəlxalq
Kitab Bağışlama Günü”nə (14 fevral) həsr
olunan tədbir keçirilib.
Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov,
RTİ-nin rəisi Sənan Mənsimli, Şirvan-Salyan
RGİİ-nin rəisi Aydın Yusifov tədbirdə
iştirak ediblər.
Çıxışlarda bu cür tədbirlərin
uşaqların gələcəyi üçün əhəmiyyətini
qeyd ediblər. Bildirilib ki, erkən yaşlarından
uşaqlara mütaliə vərdişi aşılamaq qalib
xalqın qalib vətəndaşlarının intellektual səviyyələrinin
artırılmasına, onların vətənpərvər
ruhda böyüməsinə köməklik edir.
Tədbirdə Şirvan şəhər Mərkəzi
Kitabxanası Uşaq şöbəsinin əməkdaşları
azyaşlılara nağıllar oxuyub, kitablar
bağışlayıblar.
Uşaq bağçası fidanlarının
ifasında Şarl Perronun “Qırmızıpapaq”
nağılı əsasında hazırlanan səhnəcik
maraqla qarşılanıb.
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.4.