İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (6)
1970-ci il Azərbaycan üçün yubileylər ili
idi. Azərbaycan SSR-in 50 illiyi, sovet dövlətinin qurucusu
Leninin 100 illiyi təntənələrlə qeyd olunurdu. Təbii
ki, bütün bunlar, ilk növbədə, siyasi-ideoloji önəm
kəsb edirdi, amma eyni zamanda respublikanın mədəni həyatında
da geniş şəkildə əksini tapırdı. Bununla
yanaşı, mədəniyyət, ədəbiyyat sahələrində
yubiley təlaşından nisbətən uzaq, sırf
yaradıcı mühitdə də proseslər gedirdi.
Mətbu xronikada bu dəfə həmin ilin
fevralından, “Ədəbiyyat və incəsənət” qəzetinin
bir sayından seçmələr etmişik. Yazılarda
dövrün orfoqrafiyası saxlanılıb...
Bakı qonaqları gözləyir
V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə
Bakıda və Azərbaycanın digər şəhərlərində
SSR xalqlarının böyük incəsənət bayramı
keçiriləcəkdir. “İncəsənət xalqa məxsusdur”
devizi altında keçəcək bu bayramda qardaş respublikaların
ən yaxşı musiqi kollektivləri və görkəmli
incəsənət ustaları iştirak edəcəklər.
Musiqi bayramı münasibətilə Ümumittifaq
radiosu və televiziyasının böyük simfonik orkestri,
SSRİ xalq artisti, Lenin mükafatı laureatı İqor
Ìoiseyevin rəhbərliyi ilə SSRİ Dövlət Xalq Rəqsləri
ansamblı, Belorusiyanın xalq çalğı alətləri
və Latviyanın kamera orkestrləri, Estoniyanın “Layne”
estrada ansamblı şəhərimizə qonaq gələcəklər.
Yubiley şənliyi günlərində musiqi həvəskarları
ölkəmizin görkəmli incəsənət ustalarından
SSRİ xalq artisti, Dövlət mükafatı laureatı
Leonid Koqanı, SSRİ xalq artisti, Lenin mükafatı
laureatı Emil Gilelsi, SSRİ xalq artistkası Bibigül
Òulegenovanı da dinləyə biləcəklər. Bunlardan
başqa, Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistan,
Tacikistan, Qırğızıstan respublikalarının məşhur
musiqi kollektivləri də incəsənət bayramında
iştirak edəcəklər.
Yubiley şənliklərini səmərəli
keçirmək üçün respublikamızda təşkilat
komitəsi yaradılmışdır. Fevralın 11-də komitənin
ilk iclası olmuşdur.
Yaradıcılıq hesabatları
Bu günlərdə Azərbaycan Yazıçılar
İttifaqının rəyasət heyəti ilə
ittifaqın ilk partiya təşkilatının birgə
iclaslarında tənqidçi-ədəbiyyatşünas
Əkbər Ağayevin və yazıçı Anarın
yaradıcılıq hesabatları dinlənilib müzakirə
edilmişdir.
Ə.Ağayev son illərdəki ədəbi fəaliyyətindən
qısa məlumat verdi. Ì.İbrahimov, S.Rüstəm, R.Rza,
H.Şərifov, C.Ìəmmədov, Y.Əzimzadə,
G.Hüseynoğlu çıxış edib göstərdilər
ki, Əkbər Ağayev bacarıqlı tənqidçi,
bacarıqlı tərcüməçi və Avropa ədəbiyyatının
gözəl təbliğatçısıdır. Jül
Vernin iki romanının, Bualonun poetikasının dilimizə tərcüməsi
mədəni həyatımızda təqdirəlayiq bir hadisədir.
Bununla yanaşı, çıxışlarda göstərildi
ki, o, müasir ədəbiyyatımızın problemlərini
də unutmasın, bugünkü yeni bədii əsərlərimiz
barədə daha çox yazsın.
Yazıçı Anar bir sıra hekayə və
povestləri ilə oxuculara tanışdır. Ötən il Gənc
Tamaşaçılar Teatrı onun “Keçən ilin son gecəsi”
adlı pyesini tamaşaya qoyub. Kinostudiyada
yazıçının ssenariləri əsasında bədii
və sənədli filmlər çəkilib. Î, “Dədə
Qorqud” dastanı mövzusunda və Cəlil Ìəmmədquluzadənin
həyat və yaradıcılığından bəhs edən
əsərlər üzərində işləyir.
Ì. İbrahimov, Ə.Vəliyev, H.Şərifov,
Ə.Kürçaylı, Ə.Ağayev, C.Ìəmmədov,
S.Azəri çıxış edib göstərdilər ki,
Anar yenilik duyğusu ilə yaşayan, milli zəminlə
bağlı bir yazıçıdır. Onun
yaradıcılığında təbiilik, yenilik duyğusu
güclüdür.
Yaradıcılıq hesabatlarının gələcəkdə
də dinlənilməsi qərara alınmışdır.
Azərbaycan bəstəkarı Tehranda
Azərbaycanın məşhur bəstəkarı,
SSRİ xalq artisti Fikrət Əmirov Tehrana gəlmişdir. Bu
yaradıcılıq ezamiyyəti dövründə bəstəkar
İranın folklor musiqisi ilə tanış olacaq, İran
poeziyasının görkəmli klassiki Sədiyə həsr
edilən yeni iri kamera əsəri yaratmaq üçün
materiallar toplayacaqdır.
İranın musiqi ictimaiyyəti sovet incəsənət
xadimini böyük mehribanlıqla qarşılayıblar.
“Ədəbiyyat və incəsənət”, 14 fevral
1970-ci il
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.7.