Bakıdakı Rus
Evində rəsm sərgisi
Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi – RİMM) Azərbaycan Rəssamlar
İttifaqının üzvü Elina Lobodenkonun fərdi sərgisi
açılıb.
Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil
edilən tədbirdə rəssamın 24 əsəri təqdim
olunub.
Bakıdakı Rus Evi rəhbərinin müavini Dmitri
Yeqorov, tədbirin kuratoru, BMA-nın baş müəllimi
Alyona İnyakina qonaqların qarşısında
çıxış ediblər.
Tədbirin bədii hissəsində Alyona İnyakina,
beynəlxalq müsabiqələr laureatları – BMA-nın
baş müəllimi Lalə Muxtarova və konsertmeyster Dilarə
Kərimova, Azərbaycan Dövlət Xor Kapellasının
artistləri Kamilla İmanova, Fərhad Ələkbərov,
Elyara Əliyeva, Sankt-Peterburq Dövlət
Konservatoriyasının tələbəsi Teymur Kazımovun
iştirakı ilə musiqi proqramı təqdim olunub.
Elina Lobodenko Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının məzunudur, Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində rəssam
işləyir. Əsərlərində abstraksiyaya meyillidir,
çəkdiyi rəsmlər hər zaman xətlər, rənglər
və həndəsi formalar xaosunda ritmik harmoniya axtarışıdır.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.5.