“Azərbaycan
muğamı” layihəsi üzrə ilk ustad dərsi
Fevralın 15-də Beynəlxalq Muğam Mərkəzində
(BMM) “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində
tar ifaçılıq sənəti ilə bağlı silsilə
ustad dərslərinin birincisi keçirildi.
BMM-in direktoru Sahib Paşazadə iştirakçıları
salamlayaraq layihənin əhəmiyyətindən
danışdı. Bildirdi ki, layihənin məqsədi klassik
ifaçılıq məktəbimizin yaşadılması və
gələcək nəsillərə ötürülməsi,
ustad-şagird ənənələrinin qorunmasıdır.
İl ərzində mütəmadi olaraq təşkil ediləcək
ustad dərslərində tar ifaçılıq sənətinin
görkəmli nümayəndələrinin iştirakı nəzərdə
tutulub. Ustad dərslərində iştirak sərbəstdir və
maraqlanan hər kəs iştirak edə bilər.
Tanınmış tarzən və pedaqoq Elxan Müzəffərov
muğam sənətinin məsuliyyət və diqqət tələb
etdiyini dedi. Bildirdi ki, bu qədim sənət əsrlərdən
üzü bəri nəsildən-nəslə ustad-şagird ənənələri
ilə ötürülür. O, layihə üzrə ilk ustad
dərsinin ona həvalə olunmasından məmnunluğunu da
dilə gətirdi.
Daha sonra dərs Milli Konservatoriya nəzdində Musiqi
Kolleci tələbələrinin iştirakı ilə davam
etdi. “Rast” muğamına həsr olunan dərsdə kollecin
direktoru Nazim Kazımov çıxış edərək 57 il
əvvəl Elxan Müzəffərovdan tar sənətinin sirlərini
öyrəndiyini dedi, gənclərə bacardıqları qədər
ustaddan ifaçılıq texnikalarını mənimsəməyi
tövsiyə etdi.
Ustad dərsində bir çox nadir ifa olunan guşələrin
adı çəkildi, onların ifa xüsusiyyətləri
izah olundu. Tanınmış tarzənlərin də
qatıldığı dərsdə “Rast”ın şöbələrinin
ifasında mizrab vurğu və bölgüləri, ifada
sürət-pauza və s. mövzularda diskussiya aparıldı.
Nəzəri məlumatlar əyani ifalarla diqqətə
çatdırıldı.
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.2.