Nigar Nərimanbəyovanın əsərləri
Paris sərgisində
Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray)
“Art En Capital 2024” beynəlxalq müasir incəsənət sərgisi
açılıb. Sərgidə Azərbaycanın Xalq rəssamı
Vidadi Nərimanbəyovun sənətdə
davamçısı olan Nigar Nərimanbəyovanın əsərləri
də nümayiş olunur.
Artıq üç ildir bu sərgidə iştirak edən
N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər
nəvəsinə həsr etdiyi “Tariel – balaca Harri Potter”
adlı yeni tablosunu da təqdim edib.
Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə
Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil
Fransa Rəssamlarının “Payız salonu”nun “Toile D’oR” ali
mükafatına layiq görülüb.
“Art En Capital 2024” müasir incəsənət sərgisində
nümayiş olunan əsərlər Fransa Rəssamlıq
Akademiyasının üzvlərindən ibarət böyük
münsiflər heyəti tərəfindən seçilib. Sərgi
fevralın 18-dək davam edəcək.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.1.