Qusar teatrında “Yeni müdir”
Fevralın 16-da Qusar Dövlət Ləzgi Dram
Teatrında yerli müəllif Mirzəli Rüstəmovun “Yeni
müdir” komediyası əsasında hazırlanan
tamaşanın premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru
Bağır Əhmədov, quruluşçu rəssamı Bədəl
Bədəlov, musiqi tərtibatçısı Şaiq
Qardaşovdur.
Asan yolla varlanmaq istəyən ər-arvadın
düşdüyü tragikomik hadisələrdən bəhs edən
tamaşada rolları Arzu Məmmədrzayeva, Elnur Hacıyev,
Yeganə Kərimova, Emma Xeyirbəyova, Diana Cəfərova,
Malik Ramazanov, Tofiq Mustafayev, Ramella Rzayeva, Mirzə Salmanov, Romik
Maxsudov, Romik Davudov və Tərlan Cəbrayılov ifa edirlər.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.4.