“44 gün.
Tarixi Zəfər” kitabı Göyçayda təqdim edilib
“44 gün. Tarixi Zəfər” kitabının I və
II cildləri Göyçayda şəhid ailələrinə
təqdim olunub. Heydər Əliyev Mərkəzində
keçirilən təqdimat mərasimində Göyçay,
Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Mingəçevir və
Zərdabdan olan şəhid ailələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyəti
başçısının müavini Zivər Zeynalova nəşr
haqqında məlumat verib.
Mədəniyyət Nazirliyi Respublika “Xatirə
Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova
bildirib ki, Ermənistanın torpaqlarımızın
işğalı zamanı əsir və girov
götürdüyü, həmçinin naməlum şəraitdə
itkin düşmüş hərbçi və mülki şəxslərin
sonrakı taleləri araşdırılıb və dörd
cilddə nəzərdə tutulan kitabın iki cildi
işıq üzü görüb. Nəşr layihəsi
Respublika “Xatirə Kitabı” redaksiyası və Dövlət
Təhlükəsizliyi Xidməti nəzdində fəaliyyət
göstərən “Əsir, itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə
ərsəyə gətirilib.
Daha sonra çıxış edən şəhid ailələri
onlara, müharibə veteranlarına və qazilərə
göstərilən dövlət qayğısından söz
açıblar. Sonda kitablar şəhid ailəsi üzvlərinə
təqdim olunub.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.4.