Milli Qəhrəmanların xatirəsi
anılıb
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin
şəhidlik zirvəsinə yüksəlməsinin
ildönümündə xatirəsi anılıb.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri
şəhidin ailəsi ilə birlikdə Naxçıvan
şəhərindəki Şəhidlər xiyabanında Milli
Qəhrəmanın məzarını ziyarət edib, üzərinə
tər çiçəklər düzüblər.
Birliyin sədri, Vətən müharibəsi qazisi
Ceyhun Bayramov deyib: “Bu gün şəhid məzarları
önündə qürurla dayanırıq. Çünki
onların uğrunda şəhid olduqları torpaqlar daha
işğal altında deyil. Milli Qəhrəman Yusif Mirzəyevin
ruhu şaddır, uğrunda canından keçdiyi Ağdərə
rayonu da artıq azaddır”.
Mərasimdə şəhidin ailəsi və
qohumları da iştirak ediblər.
Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də
Babək rayonunun (indiki Kəngərli rayonu) Böyükdüz
kəndində dünyaya göz açıb. 1993-cü il fevralın
19-da Ağdərə uğrunda qeyri-bərabər
döyüşdə səngər yoldaşlarını
mühasirədən çıxararkən qəhrəmancasına
şəhid olub. Ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görülüb.
***
Balakən rayon Mərkəzi Kitabxanasında 1995-ci ildə
dövlətçiliyimiz, suverenliyimiz uğrunda şəhidlik
zirvəsinə ucalmış Milli Qəhrəman Ramazan
Çirinqovun anadan olmasının 55 illiyinə həsr
edilmiş tədbir keçirilib.
Əvvəlcə Milli Qəhrəmanın ömür
yolu haqqında videoçarx nümayiş olunub.
Bildirilib ki, Ramazan Heybullah oğlu Çirinqov 1969-cu il
fevralın 15-də Balakənin Meşəşambul kəndində
dünyaya göz açıb. SSRİ ordusu sıralarında
1987–1989-cu illərdə Əfqanıstanda hərbi xidmətdə
olub. 1989-cu ildə Balakəndə polis (milis) işçisi
kimi xidmətə başlayıb. 1995-ci ildə rayonda silahlı
cinayətkar dəstənin zərərsizləşdirilməsində
xüsusi fərqlənib. Həmin il sentyabrın 3-də xidməti
vəzifəsini yerinə yetirərkən həlak olub. Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanı ilə
ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adı verilib.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.4.