Rəşid Behbudovun
repertuarından musiqi inciləri
Gəncə Dövlət Filarmoniyasının təşəbbüsü
ilə Bakıda konsert
Bakı Musiqi Akademiyası nəzdindəki Opera
studiyasında Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının korifey müğənni Rəşid
Behbudovun xatirəsinə həsr olunmuş konserti
keçirilib.
Konsertdə Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd,
Samir Piriyev, həmçinin estrada ansamblının
müşayiəti ilə Gəncə Dövlət
Filarmoniyasının solistləri – Əməkdar mədəniyyət
işçisi Mehparə Cəfərova, Əməkdar artist
Tural Abdullayev, Vasif Bayramov, Rüstəm Cəfərov və
Əli Məmmədov sənətkarın repertuarına
müraciət ediblər. Proqramda vaxtilə Rəşid
Behbudovun oxuduğu “Gəncə”, “Zibeydə”, “Lalələr”,
“Gözəlim sənsən”, “Sevgilim”, “Əziz dost”, “Ey Vətən”
və s. mahnılar ifa olunub.
Gəncə Dövlət Filarmoniyasının direktoru
Əməkdar artist Ramil Qasımov musiqi heyətinə təşəkkürünü
bildirib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin dəstəyi
ilə bu cür müştərək konsertlər müxtəlif
salonlarda da keçiriləcək.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.3.