BXA-da muxtar
respublikanın 100 illiyi münasibətilə dəyirmi masa
Bakı Xoreoqrafiya Akademiyası (BXA)
kitabxanasının təşkilatçılığı ilə
Naxçıvan Muxtar Respublikasının (NMR) 100 illik yubileyi
münasibətilə dəyirmi masa keçirilib.
Dəyirmi masada BXA-nın rəhbərliyi, NMR Mədəniyyət
Nazirliyi Babək Rayon Mədəniyyət İdarəsinin
müdiri Fətəli Axundzadə iştirak edib.
Çıxışlarda Azərbaycanda xoreoqrafiya sənəti
ənənələrinin qorunması və inkişaf etdirilməsi
istiqamətində atılan mühüm addım kimi Bakı
Xoreoqrafiya Məktəbinin yaradılmasında Ümummilli lider
Heydər Əliyevin danılmaz xidmətləri qeyd edilib.
Bildirilib ki, Ulu öndərin ölkəmizdə rəqs sənətinin
inkişafına göstərdiyi qayğı Prezident İlham
Əliyev tərəfindən davam etdirilir. Bu sahə üzrə
yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə
2014-cü ildə Xoreoqrafiya Məktəbinin bazasında
BXA-nın yaradılması bunun əyani sübutudur.
Tədbirdə regionlarda xoreoqrafiya sənətinin daha
peşəkar şəkildə təbliğ edilməsi məqsədilə
mədəniyyət mərkəzlərinin və digər incəsənət
ocaqlarının nəzdində rəqs studiyalarının
yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Bədnam qonşularımız tərəfindən Azərbaycanın
folklor nümunələri, qədim musiqi alətləri, milli
rəqsləri, hətta dünyaşöhrətli bəstəkarlarımızın
əsərlərinin mənimsənilməsinə qarşı
davamlı addımların atılmasının zəruriliyi
vurğulanıb.
Sonda BXA-nın sinif otaqları, məşq zalları
ilə tanışlıq olub.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.2.