Cümhuriyyətin dövlət rəmzləri
xalça sənətində
Muzeydə mühazirə keçirilib
Azərbaycan Milli Xalça Muzeyində Məhəmməd
Əmin Rəsulzadənin (1884–1955) anadan olmasının 140
illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti
dövlət rəmzləri xalça sənətində”
adlı mühazirə keçirilib.
Muzeydən bildirilib ki, Bakı Dövlət
Universitetinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Rəsulzadənin
tariximizdə çox mühüm hadisə olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasında siyasi lider kimi
böyük rolundan danışıb. O, həmçinin Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət rəmzləri barədə
məlumat verib.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səltənət Rzayeva isə məruzəsində
dövlət rəmzlərinin xalçalarda, o cümlədən
muzeyin kolleksiyasında qorunub saxlanılan nümunələrdə
əksi və onların daşıdığı mənalar
haqqında fikirlərini paylaşıb.
Professor N.Yaqublu müəllifi olduğu “Məhəmməd
Əmin Rəsulzadə mətbuat haqqında” adlı nəşri,
həmçinin M.Ə.Rəsulzadənin “Azərbaycan
şairi Nizami”, “İran yazıları” kitablarını
muzeyin kitabxanasına hədiyyə edib.
Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.6.