Xalqlarımızın
yaxınlaşması üçün
qarşılıqlı mədəniyyət layihələri zəruridir
Mədəniyyət Nazirliyində Xorvatiya nümayəndə
heyəti ilə görüş
Mədəniyyət naziri Adil Kərimli fevralın
19-da ölkəmizdə səfərdə olan Xorvatiya
Respublikasının Xarici və Avropa İşləri
Nazirliyinin siyasi məsələlər üzrə dövlət
katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nümayəndə heyətini salamlayan nazir Azərbaycan
ilə Xorvatiya arasında əlaqələrin
inkişafından danışıb. Bildirilib ki, iki ölkənin
rəhbərləri arasında mövcud səmimi münasibətlər
geniş spektrli faydalı əməkdaşlıq
üçün zəmin yaradıb.
Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı dəstək və mədəniyyətin
müxtəlif sahələri üzrə əməkdaşlığın
genişləndirilməsi hər iki ölkə
üçün əhəmiyyət kəsb edir. Nazir bu il
mayın 1-3-də Bakıda keçiriləcək VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər
tədbirdə iştirakından məmnun
olacağımızı deyib.
Frano Matuşiç Xorvatiya ilə Azərbaycanın
uzun illərdən bəri səmərəli iqtisadi-ticari əlaqələrə
sahib olduqlarını diqqətə çatdırıb.
Bildirib ki, xalqlarımızın yaxınlaşması, tarixi-mədəni
mirasımızın tanıdılması üçün
qarşılıqlı mədəniyyət layihələrinin
həyata keçirilməsi zəruridir.
Söhbət zamanı Azərbaycan-Xorvatiya birgə
Hökumətlərarası Komissiyasının Bakıda
keçiriləcək növbəti iclası və
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xorvatiyanın Azərbaycandakı
səfiri Branko Zebiç və Azərbaycanın
Xorvatiyadakı səfiri Anar İmanov da iştirak ediblər.
Sonda xatirə şəkli çəkdirilib. Xorvatiya
nümayəndə heyətinin rəhbərinə Azərbaycan
tarı hədiyyə edilib.
Qeyd edək ki, Frano Matuşiç özü də
peşəkar musiqiçi, gitara ifaçısıdır.
Zaqreb Musiqi Akademiyasını bitirib. 2004-cü ildə ölkə
parlamentinin deputatı seçilənədək musiqiçi və
pedaqoq kimi fəaliyyət göstərib, Dubrovnik Bələdiyyəsində
mədəniyyət üzrə məsul şəxs olub.
2015-ci ildən hökumət işinə – əvvəl Turizm
Nazirliyinə, daha sonra Xarici və Avropa İşləri
Nazirliyinə keçib.
***
Fevralın 19-da Bakıda Azərbaycan və
Xorvatiyanın müvafiq nazirlikləri arasında siyasi məsləhətləşmələrin
növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsindən bildiriblər ki, Azərbaycan nümayəndə
heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev,
Xorvatiya nümayəndə heyətinə bu ölkənin
Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər
üzrə dövlət katibi Frano Matuşiç rəhbərlik
ediblər.
Görüş zamanı iki ölkə arasında
strateji tərəfdaşlığın gücləndirilməsi,
siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın hazırkı vəziyyəti
və inkişaf perspektivləri, eləcə də ölkəmiz
tərəfindən həyata keçirilən strateji enerji və
nəqliyyat layihələri ilə bağlı müzakirələr
aparılıb.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.3.