Gəncə Filarmoniyasında yeni
layihə
İlk tədbir Aşıq Ələsgərə həsr
olunacaq
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında ilk dəfə “Musiqi kimliyimiz” adlı layihə
həyata keçiriləcək.
Filarmoniyadan verilən məlumata görə, layihə
çərçivəsində çoxəsrlik
keçmişə malik aşıq sənətinə,
dastanlara həsr olunmuş gecələr təşkil ediləcək.
Məqsəd milli-mədəni dəyərlərimizi gənc
nəslə çatdırmaqdan ibarətdir.
Layihə üzrə ilk ədəbi-bədii gecə
martın 2-də saat 19:00-da Azərbaycan Aşıqlar Birliyi
ilə birgə təşkil ediləcək. Tədbir Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi,
saz-söz ustadı Aşıq Ələsgərin xatirəsinə
həsr olunacaq.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.4.