Dahi bəstəkarın xatirəsi
yad olunub
Astara rayon Heydər Əliyev Mərkəzində
dünyaşöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq
artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin
(1918–1982) anadan olmasının 106-cı ildönümünə
həsr olunmuş tədbir keçirilib.
“Qara Qarayev dünya musiqi mədəniyyətinin nadir
simalarındandır” adlı tədbirdə bəstəkarın
həyat və yaradıcılığından bəhs edən
film nümayiş olunub.
Çıxışlarda
Qara Qarayevin bəstəkar və müəllim kimi Azərbaycan
musiqi mədəniyyətinə böyük töhfələr
verdiyi vurğulanıb. Ulu öndər Heydər Əliyevin
görkəmli mədəniyyət xadimlərinə, o cümlədən
Qara Qarayevə göstərdiyi diqqət və qayğıdan
söz açılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Mədəniyyət.-2024.-9 fevral,№(11).- S.4.